“Oğlum “Barsa”ya qayıtmaq istəyir və mən də bunu istəyirəm” – MESSİNİN ATASI

5 İyun 2023 22:00 İspaniya 663
“Oğlum “Barsa”ya qayıtmaq istəyir və mən də bunu istəyirəm” – MESSİNİN ATASI

Argentinalı hücumçu Lionel Messinin atası Xorxe Messi “Barselona”nın prezidenti Xuan Laporta ilə görüşüb və oğlunun Kataloniya klubuna qayıtmasının təfərrüatlarını müzakirə edib.

Sportinfo.az xəbər verir ki, İspaniya La Liqasının rəhbərliyi “Barselona”nın maliyyə planını təsdiqləyib və bu, katalonlara Messinin tezliklə keçidini təmin etməyə kömək edəcək.

Messisinin atası oğlunun Kataloniya klubuna qayıtmaq istədiyini bildirib:

“Leo “Barsa”ya qayıtmaq istəyir və mən də bunu istəyirəm. Belə bir ssenari mümkündür”.

Messinin formasını geyindiyi PSJ 2022/23 mövsümünün sonunda onun klubdan ayrılacağını açıqlamışdı. 35 yaşlı argentinalı iyunun 30-da azad agent olacaq.

Futbolçunun xidmətində “Barselona”dan başqa, “Əl-Hilal” və “İnter Mayami” də maraqlıdır.

Messi 2005-2021-ci illərdə “Barselona”da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti