Kərim “Real”ı məğlubiyyətdən xilas etdi və getdi - VİDEO

5 İyun 2023 00:10 İspaniya 842
Kərim “Real”ı məğlubiyyətdən xilas etdi və getdi - VİDEO

İspaniya La Liqasında sonuncu - 38-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, “Real Madrid” “Atletik”i qonaq edib.

Matçda qalib müəyyənləşməyib - 1:1. Hesabı qonaq komandanın heyətində Oihan Sanset açsa da, 72-ci dəqiqədə Madrid klubunda son oyununu keçirən Kərim Benzema bərabərliyi təmin edib.

Digər qarşılaşmada “Atletiko” “Vilyarreal”ın qonağı olub. Bu matçda da qalib müəyyənləşməyib - 2:2.

Meydan sahiblərinin heyətində Nikolas Cekson və Xorxe Paskual fərqləniblər. “Atletiko”un qollarını isə Anxel Korrea vurub.

Bu nəticələrdən sonra “Real Madrid” 78 xalla 2-ci olaraq gümüş medalları əldə edib, 1 xal az toplayan “Atletiko” 3-cü və bürünc medalçı olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti