UEFA bu kluba 70-dən çox sual göndərdi – Korrupsiya şübhəsi

3 İyun 01:30 İspaniya 285
UEFA bu kluba 70-dən çox sual göndərdi – Korrupsiya şübhəsi

UEFA “Barselona”ya mümkün korrupsiya faktı ilə bağlı 70-dən çox sual göndərib.

Bundan əvvəl Barselona prokurorluğu texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərdə mümkün korrupsiya faktı ilə bağlı kluba qarşı iddia qaldırmışdı.

Bildirilib ki, UEFA-nın iki müfəttişi öz hesabatlarında bu işə görə “Barselona”nın Çempionlar Liqasında iştirakdan bir mövsümlük kənarlaşdırılmalı olduğu qənaətinə gəliblər.

Sportinfo.az xəbər verir ki, UEFA-nın araşdırması hələ də açıqdır və ən azı bir həftə ərzində heç bir sanksiya olmayacaq.

Buna səbəb katalonların UEFA müfəttişlərinin suallarını hələ də cavablandırmamasıdır. Müfəttişlər Neqreyra işi ilə bağlı kluba 70-dən çox sual göndəriblər.

“Barselona” cavabları yaxın bir neçə gün ərzində göndərəcək. Bundan sonra UEFA “Barsa”nın Çempionlar Liqasının növbəti mövsümündə iştirakına icazə verib-verməməsi ilə bağlı yekun qərarı açıqlamalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!