
Ukraynalı qapıçı Andrey Lunin oyun praktikasının olmaması səbəbindən “Real”dan ayrılmaq istəyir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
La Liqanın son mövsümündə 24 yaşlı qolkiper cəmi 7 oyun keçirib. Onun “kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.
Madrid klubu Lunini əvəzləmək üçün iyunun 30-da azad agent ola biləcək qapıçı David Sorianın namizədliyini nəzərdən keçirir.
Lakin qeyri-rəsmi məlumatlara görə, 30 yaşlı ispan qolkiper artıq klubu “Xetafe” ilə müqaviləni uzadıb.