Kərim klub prezidentinin qəbuluna getdi - Ərəblər mənə 100 milyon verir…

31 May 2023 01:40 İspaniya 463
Kərim klub prezidentinin qəbuluna getdi - Ərəblər mənə 100 milyon verir…

“Real”ın hücumçusu Kərim Benzema klub prezidenti Florentino Pereslə Səudiyyə Ərəbistanı klubundan gələn təklifi müzakirə edib.

Sportinfo.az xəbər verir ki, fransalı hücumçu Peresə illik 100 milyon avro təklif aldığını bildirib.

Məlumatda qeyd olunur ki, “Real” futbolçunun gedişinə mane olmayacaq və onun istənilən qərarını qəbul edəcək.

35 yaşlı futbolçu gələcəyi ilə bağlı bu həftə qərar verə bilər.

Daha əvvəl Benzemanın Səudiyyə Ərəbistanından təklif aldığı və burada ona 200 milyon avro maaşla iki mövsümlük müqavilə təklif edildiyi bildirilirdi.

Benzema 2009-cu ildən “Real”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 30 qol vurub və 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti