“Barsa” ilk “El-Klassiko”da “Real“a qalib gəldi - VİDEO

3 Mart 2023 02:30 İspaniya 882
“Barsa” ilk “El-Klassiko”da “Real“a qalib gəldi - VİDEO

"Real" və "Barselona" arasında İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyunu başa çatıb.

Sportinfo.az xəbər verir ki, Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın 26-cı dəqiqədə "Real Madrid"in müdafiəçisi Yader Militao topu öz qapısına göndərib.

Komandalar arasında cavab oyunu aprelin 5-də Barselonadakı “Kamp Nou” stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar