"Qalatasaray" mövsümün sonunda bir futbolçusu ilə yollarını ayıracaq.
Sportinfo.az xəbər verir ki, söhbət Xuan Matadan gedir.
İstanbul təmsilçisi 1+1 illik müqavilə imzalayan ispaniyalı yarımmüdafiəçinin sözləşməsini uzatmayacaq. Ümidləri doğrultmayan 34 yaşlı oyunçu "cim bom"u tərk edəcək.
Xuan Mata "Mançester Yunayted"dən ayrıldıqdan sonra mövsümün əvvəlində "Qalatasaray"a keçib.
Yarımmüdafiəçi "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 12 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

