Əsəbiləşdi, içki soyuducusuna təpik atdı, zədələndi - QƏRİBƏ OLAY

28 Fevral 2023 00:20 İspaniya 423
Əsəbiləşdi, içki soyuducusuna təpik atdı, zədələndi - QƏRİBƏ OLAY

“Barselona”nın vingeri Rafinya Avropa Liqasının pley-off mərhələsinin “Mançester Yunayted”lə ilk oyununda (2:2) əsəbiləşərək, içki soyuducusuna təpik atdıqdan sonra zədələnib.

Sportinfo.az xəbər verir ki, Rafinya ilk oyunda “Barselona”nın heyətində əsas rol oynayıb.

O, “Kamp Nou”da bir qol vurub və bir məhsuldar ötürmə edib.

Amma 82-ci dəqiqədə baş məşqçi Xavi Ernandes onu əvəzləyərkən braziliyalı futbolçu açıq-aşkar məyus olub. Əsəblərinə hakim ola bilməyən futbolçu soyuducuya təpik vurub. “

Mundo Deportivo”nun yazdığına görə, bu hərəkət ona baha başa gəlib. Rafinya dizindən aldığı zədə səbəbindən “Kadis”lə növbəti matçı buraxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR