"Barselona"nın baş məşqçisi Xavi La Liqanın 23-cü turunda "Almeriya"ya uduzduqları (0:1) matç haqqında danışıb.
Sportinfo.az xəbər verir ki, mütəxəssis öz komandasını tənqid edib:
“Mən qəzəblənirəm, çünki mövsümün ən pis oyununu keçirdik. Bu, xüsusilə oyunun ilk hissəsi üçün keçərlidir.
Hərəkət, intensivlik, ritm çatışmırdı... Qələbə üçün lazım olan ehtirası göstərmədik.
Çətin matç, çətin gün, keçirdik. Amma yenə də 7 xallıq fərqlə liderik. Səhv etdik. Azarkeşlərdən üzr istəyirik.
La Liqada qalib gəlmək çətin olacaq. İndi isə qələbə qazanmaq istədiyimizi göstərməmişik. Bir az yorğunluq hiss etdik.
Matçdakı əvəzləmələr bununla bağlı idi. Ardıcıl oyun keçirdik. "Barselona" "Real"la 10 xallıq fərq yaratmaq üçün qızıl fürsəti əldən verdi. Çox pis gündür”.
"Barselona" hazırda La Liqanın turnir cədvəlində 59 xalla 1-cidir. 2-ci yerdə isə 52 xalı olan "Real" qərarlaşır.

