"Mənim üçün hər şey etdilər, lakin bir anda getməyə qərar verdim"

26 Fevral 2023 15:40 İspaniya 695
"Mənim üçün hər şey etdilər, lakin bir anda getməyə qərar verdim"

“Atletiko”nun hücumçusu Antuan Qrizmann azarkeşlərlə münasibətindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, fanatları küsdürməyi xoşagəlməz hal adlandırıb:

“Atletiko” azarkeşləri mənim üçün hər şey edirdilər. Lakin bir anda getməyə qərar vermişdim.

Çünki mən bunu istəyirdim və mənə lazım idi. Təbii ki, azarkeşləri küsdürmək xoşagəlməz haldır”.

Fransalı hücumçu 2019-cu ilin yayında “Atletiko”dan “Barselona”ya keçsə də, 2021-ci ilin yayında yenidən paytaxt təmsilçisinə qayıdıb.

Cari mövsümdə o, “Atletiko”nun heyətində İspaniya La Liqasında 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR