"Avtobusda komanda yoldaşlarım məni lağa qoyurdular"

26 Fevral 2023 15:20 İspaniya 769
"Avtobusda komanda yoldaşlarım məni lağa qoyurdular"

Sportinfo.az xəbər verir ki, “Real”ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la səfər oyununda yol verdiyi səhv barədə danışıb.

Belçikalı qolkiper matçdan sonra bu səhvə görə komandanın avtobusunda digər futbolçuların onunla zarafatlaşdığını deyib:

“Avtobusda komandanın digər futbolçuları məni lağa qoyurdular. Amma artıq keçib. Həmin səhvi unutduracaq qurtarışlarım da var idi.

0:2 geri düşsək də, 5 qol vura bildik. Davam etməliyik”.

“Liverpul” - “Real” oyununun 14-cü dəqiqəsində Kurtua kobud səhvə yol verərək rəqib komandanın hücumçusu Məhəmməd Salahın fərqlənməsinə şərait yaradıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR