"Real" Madrid derbisində 10 nəfərlə qalan "Atletiko"ya məğlubiyyətdən qaçdı - VİDEO

26 Fevral 2023 01:40 İspaniya 447
"Real" Madrid derbisində 10 nəfərlə qalan "Atletiko"ya məğlubiyyətdən qaçdı - VİDEO

Sportinfo.az xəbər verir ki, “Real” La Liqanın 23-cü turunda Madrid derbisində “Atletiko” ilə heç-heçə edib (1:1).

Oyunda əsas hadisələr matçın ikinci hissəsində cərəyan edib.

Belə ki, 64-cü dəqiqədə Antonio Rüdigeri itələdiyi üçün Anxel Korrea meydandan qovulub. 78-ci dəqiqədə “Atletiko” azlıqda ikən qol vurub. Xose Ximenes fərqlənib.

Lakin 85-ci dəqiqədə 18 yaşlı Alvaro Rodriges hesabı bərabərləşdirib və “Real Madrid”in əsas komandasında ilk qolunu vurub.

Beləliklə, 23 turdan sonra “Real” turnir cədvəlində 52 xalla 23-ci, “Atletiko” isə 42 xalla 4-cü yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti