"Barselona" 1 milyon 125 min avro ödəyəcək - Levandovskiyə görə

25 Fevral 2023 18:20 İspaniya 705
"Barselona" 1 milyon 125 min avro ödəyəcək - Levandovskiyə görə

"Barselona"nın Robert Levandovskinin sabiq klubu "Bavariya"ya 1 milyon 125 min avro ödəyəcək.

Sportinfo.az xəbər verir ki, buna səbəb polşalı hücumçunun bu mövsüm Kataloniya təmsilçisində 25-ci qolunu vurmasıdır.

O, son olaraq Avropa Liqasının pley-off mərhələsinin "Mançester Yunayted"lə cavab oyununda (1:2) fərqlənib. Levandovski "Bavariya"dan "Barselona"ya keçən zaman futbolçu 25 qol vuracağı təqdirdə, “Bavariya”ya 1 milyon 125 avro ödənməsi ilə bağlı bənd yer alıb.

Bu bəndin ilk 4 mövsüm ərzində qüvvədə olacağı vurğulanıb.

Levandovski 2022-ci ilin yayında "Bavariya"dan "Barselona"ya keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR