“Daha çox səbr etməli idik, xırda detallara görə uduzduq”

24 Fevral 2023 15:40 İspaniya 475
“Daha çox səbr etməli idik, xırda detallara görə uduzduq”

“Barselona”nın baş məşqçisi Xavi Avropa Liqasının cavab görüşündə “Mançester Yunayted”ə məğlubiyyəti (1:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan ispaniyalı mütəxəssis komandasının uğursuzluğunu soyuqqanlı ola bilməməkləri ilə əlaqələndirib:

"İkinci hissədə soyuqqanlı deyildik. Daha çox səbr etməli idik. Xırda detallara görə uduzduq.

İki dəfə səhvə yol verdik və rəqib də bundan dərhal yararlandı.

Ümumilikdə biz yaxşı oynadıq, yüksək səviyyəli komandaya qarşı mübarizə apardıq və yaxşı görünürdük. Heyf ki, uduzduq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR