"Başa düşə bilmirəm ki, onu niyə tənqid edirlər"

23 Fevral 2023 15:40 İspaniya 479
"Başa düşə bilmirəm ki, onu niyə tənqid edirlər"

“Barselona”nın baş məşqçisi Xavi komandanın futbolçusu Serxi Roberto haqda fikirlərini bölüşüb.

31 yaşlı futbolçu 22-ci turun “Kadis”lə qarşılaşmasında (2:0) bir qol vurub və bir məhsuldar ötürmə edib.

Sportinfo.az xəbər verir ki, Xavi futbolçunun niyə tənqid edildiyini anlamadığını deyib:

“Mən onun necə məşq etdiyini görürəm, matçlarda da yaxşı çıxış edir. Başa düşə bilmirəm ki, onu niyə tənqid edirlər.

O, “Barselona”nın böyük azarkeşidir və ona yönələn tənqidlər karyeramda eşitdiyim ən haqsız tənqiddir”.

Serxi Roberto bu mövsüm La Liqada 13 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR