"Biz hər oyuna qatil kimi çıxırıq və üç xal qazanırıq”

22 Fevral 2023 00:20 İspaniya 548
"Biz hər oyuna qatil kimi çıxırıq və üç xal qazanırıq”

“Barselona”nın müdafiəçisi Erik Qarsiya komandanın qarşıdakı oyunları ilə bağlı əhval-ruhiyyəsindən danışıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı hər oyuna qatil kimi çıxdıqlarını deyib:

“Hər matçda baş məşqçi Xaviyə “müharibə”yə hazır olduğumuzu göstərmək istəyirik. Biz hər oyuna qatil kimi çıxırıq və üç xal qazanırıq”.

“Barselona” La Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşan “Real”ı 8 xal qabaqlayaraq, birinci yerdədir.

“Barsa” fevralın 23-də Avropa Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”lə cavab oyunu keçirəcək. İlk matç 2:2 hesabı ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR