“Barselona” baş məşqçisi Xavini postunda saxlamaq istəyir.
Sportinfo.az xəbər verir ki, Kataloniya klubu 43 yaşlı mütəxəssisə mövsümün sonunda yeni müqavilə təklif edəcək.
“Barsa” rəhbərliyi Xavi ilə 2024-cü ilin yayında başa çatacaq müqaviləni uzun müddətə artırmaq niyyətindədir.
Xavi 2021-ci ildə “Barselona”nın “sükanı arxasına” keçib. O, komanda ilə İspaniya superkubokunu qazanıb.
“Barselona” hazırda La Liqada 59 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Real”ı 8 xal qabaqlayır.

