"Barselona"nın baş məşqçisi Xavi İspaniya Primerosunun 22-ci turunun “Kadis”lə (2:0) görüşündə qazanılan qələbəni şərh edib.
Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin çalışdırıcısı tez-tez oynadıqlarından gileylənib:
"Birinci hissə çox yaxşı keçdi. Fasilədən sonra isə sanki dayandıq. Amma bu da təbiidir. Biz çox tez-tez oynayırıq, ona görə çox yorğunuq.
Amma qalib gəlməyi bacardıq və qol buraxmadıq. Serxi Robertoya gəlincə, o, müxtəlif mövqelərdə oynamağı bacarır.
Bu da baş məşqçi üçün əladır. Tez-tez oynamayanlar özlərini yaxşı tərəfdən göstərdi. Erik Qarsiya da çox yaxşı oynadı".

