"Bu böyük klub naminə hər şeyi verməyə hazıram" - Yeni transferdən açıqlama

20 Fevral 2023 18:40 İspaniya 1 067
"Bu böyük klub naminə hər şeyi verməyə hazıram" - Yeni transferdən açıqlama

“Barselona”nın yeni transferi Xulian Arauxo Kataloniya klubuna keçidinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, meksikalı futbolçu Kataloniya klubuna keçdiyi üçün xoşbəxt olduğunu deyib:

“Karyeramdakı bu böyük addımdan çox xoşbəxtəm və bu böyük klub naminə hər şeyi verməyə hazıram”.

“Barselona” Arauxonu ABŞ-ın “Los Anceles Qalaksi” klubundan transfer edib.

21 yaşlı müdafiəçi ilə müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub. “Barsa” bu transfer üçün 4 milyon avro ödəyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR