“Barselona”ın yeni transferi ABŞ millisindən oldu

18 Fevral 2023 15:20 İspaniya 784
“Barselona”ın yeni transferi ABŞ millisindən oldu

“Barselona” heyətinə yeni futbolçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi ABŞ-ın “Los Anceles Qalaksi” klubunun sağ cinah müdafiəçisi Xulian Arauxo ilə güclənib.

21 yaşlı futbolçu ilə müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub. “Barselona” bu transfer üçün 4 milyon avro ödəyib.

2019-cu ildə ABŞ klubunun əsas komandasına cəlb olunmağa başlayan müdafiəçi, MLS təmsilçisində 109 oyun keçirib və 2 qol vurub.

ABŞ-da dünyaya göz açan, bu ölkənin aşağı yaş qrupları üzrə bütün yığmalarında oynayan futbolçu, hətta əsas millidə də debüt edib.

Lakin 2021-ci ildə fikrini dəyişən müdafiəçi Meksika yığmasında oynamağa qərar verib və bu ölkənin millisində 3 oyuna çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR