"Barselona" 4 milyon avroya meksikalı müdafiəçi ilə anlaşdı

17 Fevral 2023 10:20 İspaniya 613
"Barselona" 4 milyon avroya meksikalı müdafiəçi ilə anlaşdı

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi "Los Anceles Qalaksi"dən Julian Arauxonu transfer edib.

Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

21 yaşlı sağ cinah müdafiəçisi sabah Barselonaya gedərək klubla 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq. La Liqa təmsilçisi meksikalı futbolçu üçün ABŞ klubuna 4 milyon avro təzminat ödəyəcək.

Julian Arauxo 2018-cı ildən "Los Anceles Qalaksi"də çıxış edir. O, komandanın heyətində meydana çıxdığı 111 rəsmi matçda 2 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR