"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan bu yay "Barselona"ya transfer olunmağa daha da yaxınlaşıb.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin meneceri bu səhər "Barselona"nın rəhbərliyi ilə görüşüb.
Qeyd olunur ki, tərəflər arasındakı danışıqlar müsbət məcrada gedir. Gündoğanın yayda "Barselona"ya keçməsi real fürsət kimi qiymətləndirilir.
Yarımmüdafiəçinin "Mançester Siti" ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Ona görə də türk əsilli alman futbolçunun Kataloniya klubuna azad agent kimi transfer olunacağı gözlənilir.
Gündoğan 2016-cı ildən "şəhərlilər"in formasını geyinir. "Mançester Siti"nin kapitanı bu mövsüm bütün turnirlərdə 31 matçda 3 qol vurub və 3 qolun ötürməsini verib.

