Dünya və Avropa çempionu olan hücumçu 37 yaşında karyerasını başa vurdu

17 Fevral 2023 01:25 İspaniya 552
Dünya və Avropa çempionu olan hücumçu 37 yaşında karyerasını başa vurdu

İspaniya millisinin sabiq hücumçusu Fernando Lyorente peşəkar karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, bu barədə veteran futbolçu sosial şəbəkə hesabında paylaşım edib.

O, 37 yaşında futbolla vidalaşdığını açıqlayıb.

Lyorente karyerası ərzində ölkəsinin “Atletik”, “Sevilya” və “Eybar”, İtaliyanın “Yuventus”, “Napoli” və “Udineze”, həmçinin İngiltərənin “Suonsi Siti” və “Tottenhem” komandalarının formalarını geyinib.

O, İspaniya yığması ilə 2010-cu ildə dünya, 2 il sonra isə Avropa çempionu olub. Hücumçu millidə 24 oyuna 7 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR