"Fənərbaxça"ya 15 milyon avroluq təklif göndərəcək

14 Fevral 2023 15:40 İspaniya 896
"Fənərbaxça"ya 15 milyon avroluq təklif göndərəcək

"Fənərbaxça"nın futbolçusu Atilla Salai karyerasını İspaniyada davam etdirməyə yaxşındır.

Sportinfo.az xəbər verir ki, macarıstanlı mərkəz müdafiəçisinin xidmətində "Sevilya" maraqlıdır.

Əndəlus təmsilçisi yayda 25 yaşlı futbolçu üçün "Fənərbaxça"ya 15 milyon avroluq təklif göndərəcək.

Atilla Salai "Fənərbaxça"ya 2021-ci ilin yanvarında Kipr "Apollon"undan transfer olunub.

Macarıstan millisinin üzvü cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 35 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR