"Bu, mənim çox fəxr etdiyim şeydir" - MƏŞHUR KLUBUN PREZİDENTİ

13 Fevral 2023 00:20 İspaniya 486
"Bu, mənim çox fəxr etdiyim şeydir" - MƏŞHUR KLUBUN PREZİDENTİ

“Real”ın prezidenti Florentino Peres Madrid təmsilçisinin Klublararası dünya çempionatında qazandığı qələbəni şərh edib.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri bu uğurla fəxr etdiyini bildirib:

“Klublararası dünya çempionatını qazanmaq üçün ilk növbədə Çempionlar Liqasını qazanmaq lazımdır.

Bir titul qazanmaq həmişə çətindir, lakin bu, xüsusidir. Çünki dediyim kimi, əvvəlcə Çempionlar Liqasını qazanmalısan.

Avropanın, sonra isə dünyanın ən yaxşısı olmaq mənim çox fəxr etdiyim şeydir”.

“Real” tarixində 5-ci dəfə Klublararası dünya çempionatının qalibi olub ki, bu da rekord göstəricidir. Madrid klubu daha əvvəl 2014, 2016, 2017 və 2018-ci illərdə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR