“Real” Kərim Benzema ilə müqaviləsini uzadıb.
Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti öz açıqlamasında bildirib.
Madrid təmsilçisi 35 yaşlı hücumçu ilə 2024-cü ilin yayınadək yeni sözləşmə imzalayıb:
“Kərim gələn mövsüm də bizim hücumçumuz olacaq. O, həmişə olduğu kimi əla iş görəcək”.
fransalı forvardın “Real”la sözləşməsi bu mövsümün sonunadək idi. Benzema La Liqanın cari mövsümündə 12 matçda 9 qol vurub və 2 qolun ötürməsini verib.

