"Şübhələr var, biz onların vəziyyətinə baxacağıq"

10 Fevral 2023 01:40 İspaniya 522
"Şübhələr var, biz onların vəziyyətinə baxacağıq"

"Real"ın baş məşqçisi Karlo Ançelotti Klublararası dünya çempionatının yarımfinalında Misirin "Əl-Əhli" (4:1) klubu üzərində qazanılan qələbəsən sonra zədəlilərlə bağlı məlumat verib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis "kral klubu"nun aparıcı forvardı Kərim Benzemanın finaldakı görüşdə oynayacağını bildirib:

"Kərim kifayət qədər sağlamdır. Lakin Eder Militao ilə bağlı şübhələr var. Onlar cümə günü məşq edəcəklər və biz onların vəziyyətinə baxacağıq. Karvaxal da məşqlərə qayıdacaq. Marko Asensio isə sağalır".

“Real” və “Əl-Hilal” klubları arasında keçiriləcək final matçı fevralın 11-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR