"Burada xüsusi nəsə var, işlər pis getsə belə…"

31 Yanvar 2023 18:30 İspaniya 556
"Burada xüsusi nəsə var, işlər pis getsə belə…"

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandasının cari mövsüm çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, paytaxt təmsilçisini çalışdırdığı üçün xoşbəxt olduğunu dilə gətirib:

“Atletiko”da xüsusi nəsə var. İşlər pis getsə belə, mübarizəmizi dayandırmamalıyıq. İndi hər kəs məndən motivasiyamızın necə olduğunu soruşur.

“Atletiko”da oynamaq motivasiyalı olmaq deməkdir. Komandanı çalışdırdığım üçün çox xoşbəxtəm. DÇ-2022-dən sonra bütün futbolçularım yaxşı işləyir”.

Argentinalı mütəxəssis İspaniya La Liqasının 19-cu turunun “Osasuna” ilə matçı haqda (1:0) danışıb:

“Biz hiss edirik ki, əldə edəcəyimiz uğur uzaqda deyil. Çox təəssüf ki, əks-hücumlarda əzmi artıra bilmədik. “Osasuna” evdə çox güclü oynayır. Son dəqiqələr çətin keçdi”.

“Atletiko” bu mövsüm UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyib. İspaniya klubu qrup mərhələsini 5 xalla sonuncu pillədə bitirib.

Eyni zamanda, Dieqo Simeonenin yetirmələri İspaniya kubokunun 1/4 finalında “Real”a uduzaraq (1:3), mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR