2-3 həftə ərzində gələcək taleyi ilə bağlı məsələ həll olunacaq

29 Yanvar 2023 22:00 İspaniya 548
2-3 həftə ərzində gələcək taleyi ilə bağlı məsələ həll olunacaq

"Real" Marko Asensio ilə müqaviləni uzatmaq üçün danışıqlar aparır .

Sportinfo.az xəbər verir ki, cinah oyunçusu Madrid təmilçisində qalmaq istəyir.

"Kral klubu" rəhbərliyi artıq ona müqavilənin uzadılması üçün təklif göndərib.

Asensioya digər yüksək səviyyəli komandalardan təkliflər gəlib. Agent Jorje Mendeş bütün təklifləri dinləyir, lakin futbolçunun əsas fikrinin "Real"la yeni müqavilə imzalamaq olduğunu bilir.

2-3 həftə ərzində Asensionun gələcək taleyi ilə bağlı məsələ həll olunacaq. Qeyd olunur ki, bu işdə məsələnin maliyyə tərəfi ciddi rol oynamır.

Marko özünü klubun vacib oyunçusu kimi hiss etmək istəyir. Rəhbərliklə görüşdə maaş və ya müqavilə müddəti deyil, Asensionun komandadakı rolu müzakirə olunacaq.

27 yaşlı futbolçunun "Real"la müqaviləsi yayda başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR