Xavinin planlarına daxil deyil - İspaniyalı müdafiəçi

29 Yanvar 2023 15:40 İspaniya 918
Xavinin planlarına daxil deyil - İspaniyalı müdafiəçi

“Barselona” müdafiəçisi Hektor Bellerinlə yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, ispaniyalı futbolçu baş məşqçi Xavinin planlarına daxil deyil.

Kataloniya təmsilçisi oyunçu ilə cari müqaviləni yeniləmək fikrində deyil.

Futbolçu özü də bir müddətdir ki, digər klublardan gələn təklifləri nəzərdən keçirir. Onun klubla müqaviləsi 2023-cü ilin iyun ayına qədər qüvvədədir.

27 yaşlı Bellerin “Barselona”nın yetirməsidir. O, 2011-ci ildə klubu tərk etsə də, 2022-ci ilin yayında azad agent kimi La Liqa təmsilçisinə geri dönüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti