"Barselona"nın müdafiəçisini transfer edəcək - "Sportinq"

28 Yanvar 2023 21:40 İspaniya 585
"Barselona"nın müdafiəçisini transfer edəcək -

Pedro Porronu "Tottenhem"ə satmağa hazırlaşan "Sportinq" onun əvəzələyicisini tapıb.

Sportinfo.az xəbər verir ki, Portuqaliya klubu "Barselona"nın sağ cinah müdafiəçisi Hektor Belyerini transfer edəcək.

Lissabonlular Porronun transferi tamamlandıqdan sonra ispan müdafiəçi üçün Kataloniya təmsilçisi ilə danışıqlara başlayacaq.

Hektor Belyerin "Barselon"ya 2022-ci ilin yayında azad agent statusu ilə keçib. 27 yaşlı futbolçu cari mövsümdə İspaniya klubunun heyətində 7 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu