
“Barselona”nın qadınlardan ibarət futbol komandası İspaniya çempionatının 16-cı turunda “Las Planas”ı məğlub edib (7:0).
Sportinfo.az xəbər verir ki, bu qələbə Kataloniya təmsilçisi üçün əlamətdar olub.
Belə ki, “Barselona”nın qadınlardan ibarət komandası İspaniya çempionatında ardıcıl 50-ci qələbəsini qazanıb.
Kataloniya klubu turnir tarixində bunu bacaran ilk komanda olub.
“Barselona” sonuncu dəfə 2021-ci ilin iyununda, İspaniya çempionatının “Atletiko” ilə oyununda məğlub olub (3:4).