Kondisioner İspaniya millisinin 7 futbolçusunu xəstələndirdi

21 Noyabr 2022 18:40 İspaniya 621
Kondisioner İspaniya millisinin 7 futbolçusunu xəstələndirdi

İspaniya millisi DÇ-2022-nin qrup mərhələsinin ilk oyunundan öncə itkilərlə üzləşib.

Sportinfo.az xəbər verir ki, milli komandanın 7 futbolçusu kondisionerdən istifadə etdiklərinə görə xəstələnib.

Sıradan çıxan oyunçular arasında komandanın son məşqini yekunlaşdıra bilməyən mərkəz hücumçusu Alvaro Morata da var.

Yarımmüdafiəçi Uqo Gilyamon isə ümumiyyətlə qrup mərhələsinin bütün oyunlarını buraxa bilər. 22 yaşlı yarımmüdafiəçi dizindən aldığı zədə səbəbindən məşqə çıxa bilməyib.

Dekabrın 1-də İspaniyanın Yaponiyaya qarşı üçüncü qrup matçına qədər onun tam sağalması gözlənilmir.

İspaniya turnirdə ilk oyununu noyabrın 23-də Kosta-Rika millisinə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır