“Barselona”nın baş məşqçisi Xavi Amerika turunda komandaya qoşulub.
Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis bürokratik problemləri həll etməyi bacarıb.
Xavi problemləri şəxsən həll etmək və ABŞ-a səfər edə bilmək üçün həftənin əvvəlində Madridə gedib.
Bundan əvvəl onun əvvəllər İranda səfərdə olmasına görə Amerikaya viza almaqda çətinlik çəkdiyi bildirilirdi. Xavi Qətərin “Əs-Sədd” klubunda olarkən İrana üç dəfə səfər edib.
Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir.

