I Liqanın çempionu olan «Şəfa» Bakıdan köçüb.
Növbəti mövsümdən etibarən Premyer Liqada mübarizə aparacaq klub ev oyunlarını Sumqayıtda keçirəcək.
21 ildən sonra elitaya qayıtmış «qara-göylər»in rəhbərliyi bu məsələdə «Sumqayıt»lı həmkarlarıyla anlaşıb.
Tərəflər arasında anlaşmaya əsasən, «kimyaçılar»ın balansındakı «Polimer Arena» 1 illik icarəyə götürülüb.
Sözügedən stadion 2,5 ildir liqa üzünə həsrətdir.
Mehdi Hüseynzadə adına stadion yenidən qurulandan sonra «gənclik şəhəri» təmsilçisi buradan köçüb. Ötən müddətdə isə «Polimer Arena»dan nadir hallarda istifadə olunub.
Futbol qurğusunun qazonu isə yenilənib. 2025-ci ilin yayında virus düşmüş və yanmış meydançanın bərpasına kifayət qədər vəsait xərclənib.
SPORTİNFO.AZ

