Türkiyə futbol bazarında rəsmi görüşlərini və əməkdaşlıq cəhdlərini davam etdirən "Asadov Pro Bridge" futbol agentliyinin təsisçisi, FIFA lisenziyalı menecer Emil Əsədov İstanbulda çox mühüm və nüfuzlu rəsmi görüşlər keçirib.
10 günlük intensiv Türkiyə səfəri çərçivəsində reallaşan bu görüşlər agentliyin qardaş ölkənin futbol ekosisteminə inteqrasiya olunmaq hədəfinin əsas tərkib hissəsidir.
Əfsanəvi başqan Adnan Polat ilə eksklüziv görüş
Səfərin İstanbul mərhələsində Emil Əsədov "Qalatasaray"ın eks-prezidenti, Türkiyə futbol sənayesinin ən nüfuzlu və əfsanəvi simalarından biri olan Adnan Polat ilə bir araya gəlib.
Olduqca səmimi və işgüzar şəraitdə keçən görüşdə Adnan Polat öz zəngin idarəçilik təcrübəsini bölüşüb, keçmiş futbol xatirələrindən bəhs edib.
Eyni zamanda, "Qalatasaray"ın və ümumilikdə Türkiyə klublarının hazırkı iqtisadi və idman vəziyyəti, müasir transfer bazarı və Azərbaycan - Türkiyə futbol əlaqələrinin inkişaf perspektivləri ətrafında dərin fikir mübadiləsi aparılıb.
"Qalatasaray" rəsmiləri ilə tanışlıq və çempionluq dəvəti
Görüş zamanı Adnan Polat Azərbaycanlı agentə xüsusi diqqət və dəstək nümayiş etdirib. O, Emil Əsədovu "Qalatasaray"ın mətbuat xidmətinin əməkdaşları, bəzi başqan köməkçiləri və klub rəsmiləri ilə yaxından tanış edib.
Bu yüksək səviyyəli addım agentliyin gələcəkdə İstanbul nəhəngi və digər klublarla birbaşa əlaqələr qurması üçün böyük zəmin yaradıb.
Görüşün yekununda isə Adnan Polat Emil Əsədovu klubun stadionunda keçirilən rəsmi çempionluq tədbirinə özəl olaraq dəvət edib.
"Ali Sami Yen"də (“Rams Park”) möhtəşəm çempionluq gecəsi
Türkiyə Super Liqasının çempionu "Qalatasaray"ın ev sahibliyi etdiyi stadionda unudulmaz çempionluq bayramı baş tutub.
Emil Əsədov da Adnan Polatın xüsusi qonağı olaraq bu tarixi gecədə birbaşa stadionda iştirak edib.
Stadionda keçirilən tədbirdə "Qalatasaray"ın bütün hazırki rəsmi şəxsləri, idarə heyəti, klubun əfsanəvi köhnə futbolçuları və keçmiş başqanları bu böyük günü qeyd etmək üçün tribunada bir araya gəliblər.
Belə bir eksklüziv və qapalı mühitdə yer almaq, "Asadov Pro Bridge" agentliyinə Türkiyə futbol elitasının mərkəzində şəbəkələşmə (networking) qurmaq və Azərbaycan futbolunun potensialını ən yüksək səviyyədə təqdim etmək imkanı yaradıb.
Böyük klublar, akademiyalar və növbəti dayanacaqlar
İstanbul turnesi çərçivəsində "Asadov Pro Bridge" kompleks yanaşmasını davam etdirir. Səfər proqramına əsas komandalarla yanaşı, gələcək istedadların yetişdiyi futbol akademiyaları da daxildir.
Emil Əsədovun çempion “Qalatasaray” ilə yanaşı, “Beşiktaş” və “Başakşehir” kimi nəhəng klubların həm rəhbərliyi, həm də akademiya rəsmi şəxsləri ilə görüşləri planlaşdırılıb.
İstanbuldakı bu səs-küylü və tarixi görüşlərdən sonra, Emil Əsədovun 10 günlük "zəncirvari marşrutu” plan üzrə davam edəcək.
Növbəti günlərdə agentin Ankara, Konya, Bursa və Kocaeli şəhərlərində yerləşən köklü klublarla rəsmi görüşləri nəzərdə tutulub.
Transfer mövsümü başlamazdan əvvəl həyata keçirilən bu fəallıq, "Asadov Pro Bridge"in regionda peşəkar, etibarlı və birbaşa əlaqələrə malik tərəfdaş kimi özünü təsdiq etmək səylərinin ən bariz nümunəsidir.
SPORTİNFO.AZ

