"Barselona" yeni müdafiəçi ilə gücləndi

4 İyul 2022 22:00 İspaniya 416
"Barselona" yeni müdafiəçi ilə gücləndi

İspaniyanın "Barselona" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi "Çelsi" ilə müqaviləsi başa çatan Andreas Kristenseni rənglərinə bağlayıb. Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

"Barselona" Danimarka millisinin üzvü ilə 4 illik müqavilə imzalayıb. 26 yaşlı mərkəz müdafiəçisinin sözləşməsinə 500 milyon avroluq sərbəstqalma maddəsi əlavə edilib.

Andreas Kristensen "Çelsi"yə 2017-ci ilin yayında Münhenqladbax "Borussiya"sından transfer olunmuşdu. O, son mövsümdə "zadəganlar"ın heyətində meydana çıxdığı 30 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti