"İlk 6 ay mənim üçün çox çətin keçdi, qol vura, məhsuldar ötürmələr edə bilmirdim"

17 İyun 2023 00:10 İspaniya 1 140
"İlk 6 ay mənim üçün çox çətin keçdi, qol vura, məhsuldar ötürmələr edə bilmirdim"

“Barselona”nın yarımmüdafiəçisi Rafinya İspaniya təmsilçisinə keçdikdən sonra ilk altı ayın onun üçün çox çətin keçdiyini bildirib.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu komanda yoldaşlarının köməyiylə kluba uyğunlaşdığını deyib:

“Barselona”da ilk altı ay mənim üçün çox çətin keçdi. Qollar vura və məhsuldar ötürmələr edə bilmirdim. Komanda yoldaşlarımın köməyiylə kluba uyğunlaşdım”.

Rafinya 2022-ci ilin yayında İngiltərənin “Lids” klubundan Kataloniya təmsilçisinə keçib.

“Sambaçı” 2022/23 mövsümündə İspaniya La Liqasında 36 oyuna çıxıb, yeddi qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti