Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holandın “Barselona”ya keçəcəyi ilə bağlı məlumat yayılıb.
Sportinfo.az xəbər verir ki, “Barsa”nın baş məşqçisi Xavi bu məlumata münasibət bildirib.
O, jurnalistin sualına birmənalı cavab verməyib: “Hazırda bütün bunlar fərziyyədir. Amma “Barselona” bütün bazarlarda diqqətli olmalıdır.
O da düzdür ki, bizim güclənməyə ehtiyacımız var. Baxaq görək, necə olacaq”.
Holanda, demək olar ki, Avropanın əksər nəhəng klubları maraq göstərirlər.

