“Mən hesab etmirəm ki, bu transfer baş tutacaq” - Atası deyir 

14 Dekabr 2021 22:00 İspaniya 922
“Mən hesab etmirəm ki, bu transfer baş tutacaq” - Atası deyir 

“Barselona”nın futbolçusu Franki de Yonqun “Mançester Yunayted”ə transferi baş tutmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı futbolçunun atasına istinadən yayıblar.

Atası bildirib ki, oğluna bir neçə klub maraq göstərsə də, o, “Barsa”da qalacaq:

“Bavariya”, yoxsa “Yunayted”? Bilirəm ki, “Barselona”ya pul lazımdır. Yaxşı təklif klubu varlandıra bilər.

Amma mən hesab etmirəm ki, bu transfer baş tutacaq. Onu da qeyd edim ki, oğluma Avropanın 5 məşhur klubu təklif göndərib”.

Məlumata görə, “Mançester Yunayted” holland futbolçu üçün 55 milyon avro ödəməyə hazırdır.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı