İspaniya La Liqasının yayım hüququ 4,95 milyard avroya satılıb.
Sportinfo.az xəbər verir ki, çempionatın İspaniya və Andorradakı yayım hüququ DAZN və “Movistar”a satılıb.
Yayım hüququ 2022/2023 mövsümündən başlayaraq qarşıdakı 5 il üçün nəzərdə tutulub.
Yayımçıların hər biri turun 5 qarşılaşmasını göstərəcək.
La Liqa rəhbərliyi bildirib ki, digər ölkələrin çempionatlarında maliyyə problemləri yarandığı halda, onlar yayımdan gələn sabit gəliri saxlamağa müvəffəq olublar.
Bir müddət əvvəl İngiltərə Premyer Liqası 2025-ci ilə qədər yayım hüququnu 5,1 milyard avroya satmışdı.

