“Hər şey yerini tutacaq, onun axtardığı “silah” və potensial burada var”

13 Dekabr 2021 21:40 İspaniya 766
“Hər şey yerini tutacaq, onun axtardığı “silah” və potensial burada var”

İspaniya yığmasının baş məşqçisi Luis Enrike Xavinin “Barselona”dakı debütü haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Enrike “Barsa”nın oyun keyfiyyətinin artdığını bildirib.

O, Xavini istedadlı mütəxəssis kimi xarakterizə edib:

“Hər şey çox sadədir. Xavi özünəinam hiss etməlidir. Biz görürük ki, o, kifayət qədər istedadlı mütəxəssisdir.

“Barselona”da oyun keyfiyyətinin artdığını da görürəm. Ola bilsin ki, azarkeşlər hələ istədiklərini görə bilmirlər, amma bunun üçün zaman lazımdır.

Xavi sakit və inamlıdır. Hər şey yerini tutacaq. Onun axtardığı “silah” və potensial “Barsa”da var”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı