“Barselona”nın prezidentinin yolunu kəsdilər, təhqir etdilər

14 Dekabr 2021 01:30 İspaniya 804
“Barselona”nın prezidentinin yolunu kəsdilər, təhqir etdilər

“Barselona” uğursuzluq zolağından çıxa bilmir.

Sportinfo.az xəbər verir ki, “Barsa” İspaniya çempionatında keçirdiyi növbəti qarşılaşmada da xal itirib.

Kataloniyalılar “Osasuna” ilə heç-heçə ediblər – 2:2.

Oyundan sonra azarkeşlər stadionu tərk etməyə hazırlaşan “Barselona”nın prezidenti Xuan Laportanın önünü kəsiblər.

Onlar prezidenti kəskin tənqid ediblər, hətta bəziləri təhqiramiz ifadələr də işlədib.

Laporta fanatların bir neçə sualını cavablandırdıqdan sonra vəziyyətin dramatikləşdiyini görərək, avtomobilinə əyləşib və arenanı tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı