“Messinin gedişindən sonra “Barselona”da çox şey dəyişdi”

11 Dekabr 2021 22:00 İspaniya 921
“Messinin gedişindən sonra “Barselona”da çox şey dəyişdi”

“Atletiko”nun futbolçusu Antuan Qrizmann müqavilə ilə məxsus olduğu “Barselona”nın Çempionlar Liqası ilə vidalaşmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, fransalı hücumçu Lionel Messinin ayrılığından sonra “Barselona”da çox şeyin dəyişdiyini deyib:

“Barselona” uzun illər Çempionlar Liqasında oynamış və qrup mərhələsini adlayan bir komanda olub. Messinin gedişindən sonra komandada çox şey dəyişdi. O, “Barselona” üçün xüsusi biri idi”.

Qrizmann yayda icarə əsasında “Atletiko”ya keçib. O, Madrid klubunda 20 oyunda 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı