“Barselona” olduqca ciddi problemlərlə üz-üzədir.
Sportinfo.az xəbər verir ki, Katoloniya klubu son 21 ildə ilk dəfə ÇL-in pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Komandanın baş məşqçisi Xavi problemlərin həlli istiqamətində atılması vacib olan addımları müəyyənləşdirib.
Xavi hesab edir ki, bəzi problemlər həllini tapmasa, böhrandan çıxmaq mümkün olmayacaq. Mütəxəssis bəzi mövqelərə yeni futbolçuların alınmasını istəyir.
O, qışda komandanı tərk edəcək və sərəncamında görmək istədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib.
Ancaq rəhbərlik maliyyə böhranı yaşanan bir klubda onun istədiyi futbolçuların heyətə cəlb edə biləcəkmi? Bu suala birmənalı cavab vermək çətindir.

