“Çelsi”nin müdafiəçisi Antonio Ryudiger karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, onunla “Real” maraqlanır.
“Kral klubu” müdafiəçini gələn ilin yayında heyətə cəlb etməyi planlaşdırır.
Belə olacağı təqdirdə, Antonio “Real”a havayı başa gələcək. Çünki futbolçunun “Çelsi” ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.
Hələ ki, “Çelsi” rəhbərliyi ilə futbolçu arasında yeni müqavilə şərtlərinin müzakirə edilib-edilmədiyi barədə məlumat yayılmayıb.

