"Uduzmağı sevmirəm və bu məğlubiyyət məni narahat edir"

6 Dekabr 2021 01:40 İspaniya 825
"Uduzmağı sevmirəm və bu məğlubiyyət məni narahat edir"

“Barselona”nın baş məşqçisi Xavi La Liqada “Betis”ə uduzduqları oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, “Marca” nəşrinə danışan Xavi, 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Düşünürəm ki, yaxşı qol imkanlarımız oldu. “Betis”in əks-hücumlarının qarşısını almağa çalışdıq. Daha əvvəl buna çalışmışdıq.

Ümumilikdə 20-25 dəqiqə çox yaxşı oynadıq. Yaxşı imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Bunu düşünəndə təəssüflənirik. Xüsusilə, evdə uduzmaq çox ağrılıdır.

Komandam məğlubiyyətə layiq deyildi. Uduzmağı sevmirəm və bu məğlubiyyət məni narahat edir.

İşimizə davam etməliyik. Əlimizə düşən imkanları qola çevirməliyik. Bu oyunda xal qazana bilərdik, ancaq olmadı”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı