"Real" bu ulduzu havayı transfer etmək istəmədi

1 Dekabr 2021 01:30 İspaniya 840
"Real" bu ulduzu havayı transfer etmək istəmədi

"Real" "Mançester Yunayted"in futbolçusu Pol Poqbanın transferindən imtina edib.

Sportinfo.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin yüksək məvacib tələbi "kral klubu"nu fikrindən daşındırıb.

Bildirilib ki, 28 yaşlı oyunçu Madrid təmsilçisinə azad agent kimi keçsə belə, rəhbərlik onun şəxsi müqaviləsində göstərilən istəklərini qarşılamağa hazır deyil.

Pol Poqba 2016-cı ildən "Mançester Yunayted"də çıxış edir. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı