Xavi “Barselona”ya yeni hücumçu gətirir - Qətərdən

23 Noyabr 2021 18:20 İspaniya 1 072
Xavi “Barselona”ya yeni hücumçu gətirir - Qətərdən

“Barselona” qışda heyətini yeni hücumçu ilə gücləndirə bilər.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Qətərin “Əl Sədd” klubundan Bağdad Bunedjanı heyətə cəlb etmək istəyir.

Xavi keçmiş futbolçusunu “Barselona”ya gətirərək, hücum xəttindəki problemi həll etmək istəyir.

Bunedja bu mövsüm “Əl Sədd”lə 20 oyunda 17 qol vurub. 29 yaşlı hücumçunun “transfermarkt”da dəyəri 6 milyon avrodur.

Xavi “Barselona”dan əvvəl “Əl Sədd”də çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 17:30 Çək və bizə göndər!
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR
15 İyun 02:50 Özbəkistanda 1-ci oldu