Məşhur futbolçudan AĞIR QƏRAR - Ürəyində yaranan problemə görə

21 Noyabr 2021 21:40 İspaniya 867
Məşhur futbolçudan AĞIR QƏRAR - Ürəyində yaranan problemə görə

“Barselona”nın yeni ulduzu Serxio Aquero karyerasını bitirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə Kataloniya mətbuatı məlumat yayıb.

Xəbərdə argentinalı hücumçunun ürəyində yaranan problemə görə karyerasını bitirəcəyi bildirilib. Aquero artıq qərarını verib və növbəti həftə bunu mətbuata açıqlayacaq.

Aquero La Liqanın 12-ci turunun “Alaves”lə (1:1) matçında ürək darlığı səbəbindən meydanı tərk etmişdi.

33 yaşlı futbolçuya ürəyində ritm pozğunluğu diaqnozu qoyulub və onun azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"